Yan 22, 2022 14:07 Asia/Baku
  • Minsk qrupunun xəttinə təkid edilib

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

SəhərAzəri-nin məlumatına əsasən,Kremlin mətbuat xidməti bildirib ki, Telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında qeyd olunan razılaşmaların icrasının praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) xətti ilə işin davam etdirilməsinin məqsədəuyğunluğu qeyd edilib.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi nəzərə alınaraq, təşkilat çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Telefon danışığında Vladimir Putin Rusiya Federasiyasının təhlükəsizliyinin təminatlarına dair ABŞ və onun müttəfiqləri ilə danışıqların gedişi barədə qısa məlumat verib.

Teqlər