Yan 25, 2022 01:50 Asia/Baku
  •  Bu il Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər qurula bilər

İrəvan "səmimiyyətlə" Ankara ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyir”. TASS xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib.

SəhərAzəri-nin məlumatına əsasən,Ermənistan hökumətinin başçısı bəyan edib ki, əvvəllər Türkiyə ilə əlaqələr qurmaq mümkün olmayıb və İrəvan həmin təcrübədən istifadə etməlidir.

“Bu il diplomatik münasibətlərin qurulması mümkündürmü? Bilmirəm, hər şey bizdən asılı deyil. Amma hesab edirəm ki, biz belə bir nəticə əldə etsək, kifayət qədər məntiqli olardı: həm diplomatik münasibətlərin qurulması, həm də sərhədlərin açılması”,- Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan Ankara ilə danışıqların dinamikasını saxlamaqla Türkiyə tərəfinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə bilər.

“Artıq bizim Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrin görüşü olub. Və bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyada keçiriləcək diplomatik forumda iştirak etmə ehtimalı yüksəkdir. Söhbəti davam etdirmək fürsətini əldən versək, məntiqsiz olardı. Qeyd edək ki, beynəlxalq ictimaiyyət münasibətlərin həlli prosesini dəstəkləyir, o cümlədən Rusiya, Aİ, ABŞ və region dövlətləri”, - Paşinyan bildirib.

 

Teqlər