Yan 25, 2022 15:52 Asia/Baku
  • Paşinyan
    Paşinyan

Ermənistan-Türkiyə əlaqələrinin normallaşması reallaşır

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın baş naziri bəyan edib ki, onun ölkəsi səmimiyyətlə Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. 

Nikol Paşinyan onlayn mətbuat konfransında deyib: "İrəvan səmimiyyətlə Ankara ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyir”. 

Ermənistan hökumətinin başçısı bəyan edib ki, əvvəllər bu mümkün olmayıb və İrəvan həmin təcrübədən istifadə etməlidir.

Baş nazirə sual verilib: “Bu il diplomatik münasibətlərin qurulması mümkündürmü? Paşinyan cavab verib: Bilmirəm, hər şey bizdən asılı deyil. Amma hesab edirəm ki, biz belə bir nəticə əldə etsək, kifayət qədər məntiqli olardı: həm diplomatik münasibətlərin qurulması, həm də sərhədlərin açılması”.

Onun sözlərinə görə, Ermənistan Ankara ilə danışıqların dinamikasını saxlamaqla Türkiyə tərəfinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə bilər.

O əlavə edib: "Artıq bizim Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrin görüşü olub. Və bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyada keçiriləcək diplomatik forumda iştirak etmə ehtimalı yüksəkdir. Söhbəti davam etdirmək fürsətini əldən versək, məntiqsiz olardı. Qeyd edək ki, beynəlxalq ictimaiyyət münasibətlərin həlli prosesini dəstəkləyir, o cümlədən Rusiya, Aİ, ABŞ və region dövlətləri”, - deyə Paşinyan bildirib.

 

Teqlər