Ararat Mirzoyan:
“Başımıza gələn fəlakət böyük bir özünü aldatmanın nəticəsidir”
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün jurnalistlərə verdiyi müsahibədə deyib: “Biz 44 günlük müharibədəki məğlubiyyətdən dərs almağa borcluyuq”.
SəhərAzəri-nin məlumatına əsasən,A.Mirzoyan Ermənistan hakimiyyətinin Türkiyə ilə danışıqlara getməklə ölkənin maraqlarına xəyanət etməsi barədə ittihamları rədd edib. Onun sözlərinə görə, belə danışıqlar yenilik deyil, onlar 90-cı illərin sonlarından aparılırdı.
"İllüziyalarla yaşamaq yetər, başımıza gələn fəlakət böyük bir özünü aldatmanın nəticəsidir. Reallığın gözünün içinə baxmaq, birbaşa danışmaq, heç nəyi gizlətməmək lazımdır",- Ermənistanın xarici işlər naziri qeyd edib.
“Bizim keçilməz ümummilli qırmızı xətlərimiz var, lakin biz qonşu ölkə ilə uzun münaqişədə olan ilk və sonuncu dövlət deyilik. Biz uzunmüddətli və sabit sülhün bərqərarına tərəfdarıq”, - Ermənistanın xarici işlər naziri deyib.