Fev 18, 2022 08:10 Asia/Baku
  • Ermənistan dəmiryolu ilə bağlı Azərbaycanla saziş imzalamaq istəyir

Ermənistanın baş naziri dəmir yolunun tikintisi ilə bağlı Azərbaycanla saziş imzalamaq niyyətində olduğunu bildirib.


 SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan hökumətin iclasında deyib ki, Ermənistan yaxın vaxtlarda Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənəd imzalamağa ümid edir.

Onun sözlərinə görə, hazırda biz Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistandan keçən hissəsinin tikintisi ilə bağlı konkret işlər görülür. Artıq texniki işlərə başlanılıb. "Ümid edirik ki, əldə olunmuş razılaşmalar yaxın gələcəkdə sənəd şəklində öz əksini tapacaq və proses tam inkişaf edəcək”, - deyə hökumət başçısı vurğulayıb.

N.Paşinyanın onu da qeyd edib ki, hökumət Şimal-Cənub strateji avtomobil yolunun Sisian-Kacaran hissəsinin tikintisinə başlamaq üçün şirkətlər üçün tender elan edəcək və siyasi razılaşmalar olarsa, Şimal-Cənub yolu da Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirə bilər.

Teqlər