Ermənistan Qarabağa ərazi iddiası olmadığını bildirib
Rəsmi Yerevan Bakının Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı beş bənddən ibarət təklifinə cavab verib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Armenpress” agentliyinə müsahibəsində bildirib ki, Azərbaycan Respublikası və Ermənistanın hələ hələ 1991-ci il dekabrın 8-də “MDB-nin yaradılması haqqında saziş” imzalayarkən bir-birinə qarşı ərazi iddialarının olmadığını qarşılıqlı şəkildə tanıyıblar.
“Erməni tərəfi üçün prinsipial və əsas məsələ Qarabağ ermənilərinin hüquq və azadlıqlarına dəqiq zəmanət və Dağlıq Qarabağın statusunun yekun dəqiqləşdirilməsidir. Bizim üçün Dağlıq Qarabağ münaqişəsi ərazi məsələsi deyil, hüquq məsələsidir”, - o qeyd edib.
Sülh müqaviləsinin bağlanması üzrə danışıqların formatına gəlincə, erməni nazir danışıqların Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında təşkil olunmasını xahiş edib.