Mart 24, 2022 11:24 Asia/Baku
  • Minsk Qrupu rəsmi İrəvanın təkliflərini Bakıya çatdırıb

Ermənistanın XİN başçısı bəyan edib ki, Minsk Qrupunun həmsədr ölkələri İrəvanın təkliflərini Bakıya çatdırıblar, lakin hələlik cavab yoxdur.

SəhərAzəri-nin məlumatına əsasən, Ararat Mirzoyan deyib: "Azərbaycanın 5 bənddən ibarət təkliflərdə qəbuledilməz heç nə yoxdur, Ermənistan sülh sazişi üzrə mümkün danışıqların bütün gündəliyini öz təklifləri ilə tamamlayıb."

Bu haqda parlamentdə hökumət üzvləri ilə sual-cavab ərzində xarici işlər naziri Ararat Mirzoyan müxalifətdən olan bir deputatın "məgər Ermənistan  ATƏT MQ  həmsədrliyindən  Ermənistan və Azərbaycan arasında sülh sazişini imzalamaq məqsədi ilə  danışıqları təşkil etmək müraciətinə cavabı olubmu?" sualını cavablandırarkən bunları deyib. 

Ararat Mirzoyan qeyd edib ki, bu suallara əlavə aydınlıq gətirilməsinə ehtiyac var.

“Biz Azərbaycana cavab verdiyimizi dedikdən sonra bəzi şərhlər oldu, bəziləri yanlış şərhlər oldu, çünki qiymətləndirmələr belə oldu ki, Ermənistan Azərbaycanın təkliflərini rədd etdi. Azərbaycanın təkliflərində əslində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur. Bu başqa məsələdir ki, həmin təkliflər mümkün danışıqların bütün gündəliyinə tam cavab vermirdi. Və hərtərəfli sülh üçün biz gündəliyi öz təkliflərimizlə tamamladıq, onu ATƏT-in Minsk Qrupunun həmsədrlərinə çatdırdıq. ATƏT-in Minsk Qrupunun həmsədri bu təkliflərin rəsmi Bakıya çatdırıldığını bildirir: Bizə Bakıdan hələ ki, cavab yoxdur”- deyərək  Mirzoyan yekunlaşdırıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu yaxınlarda Ermənistanla münasibətlərin qurulmasının əsas prinsipləri haqqında təklifini qonşu ölkəyə təqdim edib. Prinsiplər bunlardan ibarətdir:

- bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, dövlət sərhədlərinin pozulmazlığının və siyasi müstəqilliyinin qarşılıqlı olaraq tanınması;

- bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə iddialar irəli sürülməməsinə dair hüquqi öhdəlik;

- bir-birinini təhlükəsizliyini təhdid etməkdən, bir-birinin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı təhdid və güc tətbiqindən, həmçinin BMT Nizamnaməsi ilə bir araya sığmayan digər hərəkətlərdən çəkinmək;

- dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- nəqliyyat və digər kommunikasiyaların açılması, qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq.

Teqlər