Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi an məsələsidirmi?
Paşinyan: “Bakı ilə sülh danışıqları dərhal başlamalıdır”
Mart 24, 2022 12:37 Asia/Baku
Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanması üçün Azərbaycanla təcili danışıqlara başlamağın vacibliyini açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Paşinyan hökumətin iclasında deyib: “Dünyada və regionda vəziyyət gərgindir, biz gərginliyin səviyyəsinin azaldılması və fundamental həll yollarının tapılmasında özümüzü məsul hesab edirik. Düşünürük ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır”.
Onun sözlərinə görə, sərhədlərdə təhlükəsizliyin və sabitliyin yaxşılaşdırılması üzrə tədbirlərlə paralel olaraq sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işləri sürətləndirmək lazımdır.