Putin və Paşinyan nələri müzakirə ediblər?
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər.
SəhərAzəri-nin məlumatına əsasən,dünən axşam Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Novo-Oqorevoda keçirilən görüşün yekunları ilə bağlı bəyanat yayılıb.
Bəyanatda Putin və Paşinyanın iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini qeyd etdikləri bildirilib.
Müxtəlif səviyyələrdə ikitərəfli xarici siyasət məsləhətləşmələri praktikasının səmərəliliyi təsdiqlənib. Rusiya-Ermənistan parlamentlərarası intensiv dialoqun davam etdirilməsi tələbi vurğulanıb.
Bundan əlavə, tərəflər Azərbaycan və Ermənistan arasında və bütövlükdə regionda münasibətlərin normallaşmasına kömək etmək məqsədilə Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın aktivləşdirilməsi barədə razılığa gəliblər.
Paşinyan həmçinin Putini KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci ilin ikinci yarısında keçiriləcək sessiyası ilə bağlı İrəvana səfərə dəvət edib.
Görüşdə Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan bir sıra ölkələr tərəfindən birtərəfli sanksiyaların tətbiq olunmasından narahatlıq ifadə edibər.
"Vladimir Putin və Nikol Paşinyan iki ölkənin ərzaq və enerji təhlükəsizliyi, logostika və digər sahələrdə sanskiyaların səbəb olduğu çətinliklərin öhdəsindən birlikdə gəlmək niyyətlərini bildiriblər",- deyə görüşün yekunlarına dair birgə bəyənatda qeyd olunub.
Görüşdə tərəflər həmçinin Cənubi Qafqazda "3+3" regional əməkdaşlıq platformasının uğurla fəaliyyə başlamasından danışıblar.
Rusiya və Ermənistan nasizmə qarşı birgə mübarizə aparmaq barədə də razılığa gəlib.
Rusiya Prezidentinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə başlanılmasını alqışladığı deyilir.