Ermənistan müxalifəti kütləvi etirazlara başlayır
https://azeri.sahartv.ir/news/qafqaz-i388296-ermənistan_müxalifəti_kütləvi_etirazlara_başlayır
Daşnaksütyun Partiyasının deputatı, Ermənistan parlamentinin sədr müavini İşxan Saqatelyan bir videomüraciətdə bildirib ki, aprelin 25-də Ermənistanın hər tərəfindən paytaxt Yerevana doğru yürüş təşkil olunacaq.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 22, 2022 13:45 Asia/Baku
  • Ermənistan müxalifəti kütləvi etirazlara başlayır

Daşnaksütyun Partiyasının deputatı, Ermənistan parlamentinin sədr müavini İşxan Saqatelyan bir videomüraciətdə bildirib ki, aprelin 25-də Ermənistanın hər tərəfindən paytaxt Yerevana doğru yürüş təşkil olunacaq.

SəhərAzəri-nin məlumatına əsasən,işxan Saqatelyan deyib ki, həmin tarixdən genişmiqyaslı küçə nümayişləri və ənənəvi məşəl yürüşü keçiriləcək.

"İndi real fəaliyyətin vaxtıdır. Əlimizdəki resurslarımız və minlərlə tərəfdarımızla mübarizəyə başlayırıq. Əsas məqsəd hakimiyyətdəki satqınların devrilməsidir. Aprelin 25-dən kütləvi aksiyalara start veriləcək. Həmin gün 4 istiqamətdən paytaxt Yerevana yürüş təşkil olunacaq. Aksiya və nümayişlərimiz mütəmadi olaraq davam edəcək", o deyib.