Apr 23, 2022 12:45 Asia/Baku
  • Mişel Putin və Paşinyanla telefonla danışıb

Cümə günü Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Qarabağ nizamlanması prosesini Rusiya Prezidenti Vladimir Putin ilə və Brüssel razılaşmalarının son vəziyyətini Ermənistan baş naziri Nikol Paşnyanla telefonda müzakirə edib.

SəhərAzəri-nin məlumatına əsasən,Cümə günü Rusiya prezidenti Vladimir Putinlə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin telefon danışığı olub. Tərəflər Ukrayna ətrafında vəziyyətdən əlavə, Qarabağ nizamlanması prosesini də müzakirə ediblər.

"Rusiya prezidenti iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə layihələrin həyata keçirilməsinə, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin işə salınmasına və iki ölkə arasında sülh müqaviləsinin hazırlanmasına dair danışıqların başlanmasına yönələn addımlar barədə Avropa Şurası İttifaqının rəhbərinə məlumat verib", - Kremlin mətbuat xidmətinin məlumatında deyilir. 

Avropa İttifaqı Şurasının prezidenti cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan ilə də telefonla danışıb.

Ermənistan hökumətinin mətbuat xidməti bildirib ki, Paşinyanın Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığında aprelin əvvəlində Brüsseldə üçtərəfli görüş zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə edib.

Həmsöhbətlər aprelin 6-da Brüssel razılaşmaların həyata keçirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər”, - məlumatda deyilir.

Həmçinin, Mişel və Paşinyan regiondakı vəziyyəti, eləcə də Ermənistanla Aİ arasındakı münasibətləri də müzakirə ediblər.

Teqlər