May 03, 2022 10:59 Asia/Baku
  • Ermənistanda etiraz aksiyaları davam edir

Ermənistanın paytaxtı İrəvan şəhərində Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası iki gündür davam edir.

SəhərAzəri-nin məlumatına əsasən, Bu gün etirazçılar İrəvanın mərkəzində bir sıra küçə və prospekti bağlayıb.

İrəvanın mərkəzində Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasında təxminən 70 nəfər saxlanılıb.Bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb. Saxlanılanlar arasında Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var.

Ermənistan hüquq-mühafizə orqanının mətbuat xidməti bildirib ki, dünən axşamadək Ermənistan polisi İrəvanda etiraz aksiyası keçirən 244 nəfəri saxlayıb.

Dünən isə aksiya keçirən etirazçılar gecəni İrəvandakı Fransa meydanında keçirməyə qərar veriblər.

Saxlanılanlar polisin qanuni tələblərinə tabe olmamaqda ittiham edilir.

Qeyd edək ki, İştirakçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər.

Etiraz fəallığının artmasına Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı danışıqlar prosesi ilə bağlı bir neçə bəyanatı səbəb olub. Müxalifət aprelin 25-dən başlayaraq mərkəzləşdirilməmiş etiraz aksiyaları keçirir.

Teqlər