May 08, 2022 10:13 Asia/Baku
  • Rusiya Qafqaz regionu vasitəsilə sanksiyalardan yan keçməyə çalışır

Ukrayna hökuməti Rusiyanın Azərbaycan Respublikası da daxil olmaqla Qafqaz regionu ölkələri vasitəsilə sanksiyalardan yan keçməyə çalışdığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat xidməti iddia edib ki, Rusiya Ermənistan, Azərbaycan Respublikası və Gürcüstan vasitəsilə Qərbin geniş sanksiyalarından yan keçməyə çalışır.

Müdafiə Nazirliyinə bağlı kəşfiyyat xidməti öz Facebook səhifəsində yazıb ki, Rusiya öz məhsullarının beynəlxalq bazarlara ixracını bərpa etmək və sanksiyalardan yan keçmək üçün üç ölkə ilə danışıqlar aparır.

Məlumatda deyilir ki, Rusiya bu üç ölkəyə məhsul tədarük etmək və üçüncü ölkələrə ixrac etmək niyyətindədir. Bu ölkələrdə artıq 200-dən çox şirkət yaradılıb.

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti Ermənistanın Rusiya şirkətləri üçün xüsusilə informasiya texnologiyaları sahəsində münbit şərait yaratdığını və Ukraynaya genişmiqyaslı hücumun başlanmasından indiyədək 85 minə yaxın Rusiya vətəndaşının və 113 informasiya texnologiyası şirkətlər Ermənistana daxil olduğunu qeyd edib.

Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin yaydığı bəyanata görə, Ukrayna hərbi kəşfiyyatı göstərir ki, Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrində ikili təyinatlı hərbi komponentlərin, xüsusən də xarici komponentlər tələb olunanların istehsalını təşkil etmək niyyətindədir. .

Ukrayna həmçinin Rusiyanın KTMT-yə üzv dövlətlərdən iqtisadi asılılığını artıracağını iddia edib ki, bu da Kremlin marağındadır.

Teqlər