May 16, 2022 14:17 Asia/Baku
  • Paşinyanın Rusiyaya səfəri başlanıb

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri başlayıb.Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

SəhərAzəri-nin məlumatına əsasən,Ermənistanın hökumət başçısı Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderlərinin toplantısında iştirak edəcək.

Onun səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşünün olacağı gözlənilir.

Qeyd edək ki, KTMT-yə bu il Ermənistan sədrlik edir.

Xatırladaq ki, bu səfərdən öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Rusiya Prezidenti Vladimir Putinin bu ilin oktyabr-dekabr aylarında Ermənistanda dövlət səfərində ola biləciyini açıqlamışdı.

Teqlər