May 19, 2022 12:33 Asia/Baku
  • Kremldən KTMT qüvvələrinin İrəvana yeridilməsi xahiş edilib

Ermənistan müxalifəti iddia edir ki, Paşinyan Kremldən KTMT qüvvələrinin İrəvana yeridilməsini xahiş edib.

SəhərAzəri xəbər verir: “Baza” nəşri məlumatlı mənbələrə istinadən iddia edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan etiraz aksiyalarının yatırılması üçün KTMT qoşunlarının İrəvana yeridilməsini xahiş edib və Moskvaya səfəri zamanı Paşinyan Qazaxıstan ssenarisi təkrarlanacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərindən İrəvana qoşun yeridilməsinə razılıq almağa çalışıb.

“Baza” nəşrinin yazdığına görə, Rusiya prezidentinin administrasiyası Paşinyandan təklifi geri çəkməyi tələb edib. Əks halda təklifin KTMT-nin iclasının gündəliyindən rəsmi şəkildə çıxarılacağı bildirilib.

Mənbə bildirir ki, Paşinyan Putinlə görüşmək üçün 5 saat gözləməli olub. Lakin bu görüşdən də heç bir nəticə hasil olmayıb.

Nə Rusiya, nə də Ermənistan hökuməti bu məlumata reaksiya verməyiblər. Təkcə bir şeyi təxmin etmək olar ki, Ermənistanda radikal müxalifət və revanşistlər öz addımları ilə Qərbin diqqətini çəkməyə və Rusiyanın maraqlarına təhlükə yaratmağa çalışırlar, lakin Paşinyan tərəfdarlarının çoxluq təşkil etdiyinə xatir itaətsizlik aksiyaları hələlik ciddi bir nəticə ortaya qoymayıb. 

Xatırladaq ki, bu gün səhər saatlarından Yerevanın müxtəlif yerlərində vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Fəallar Yerevanın mərkəzi küçələri ilə yürüş edərək, bəzi hissələrdə müvəqqəti olaraq yolları bağlayırlar.

Teqlər