May 20, 2022 10:35 Asia/Baku
  • Yerevanın təhlükəsizlik yardımı istəməsi rədd edilib

Ermənistan təhlükəsizlik şurasının katibi bu ölkənin baş nazirinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından yardım istəməsini rədd edib.

SəhərAzəri-nin məlumatına əsasən,  Armen Qriqoryan dünən nazirlər kabinetinin iclasından sonra Nikol Paşinyanın Ermənistandakı etiraz aksiyaları ilə mübarizə üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının liderlərindən kömək istəməsi şayiəsini rədd edib.

Ermənistandakı etirazların qızğın çağında yalan xəbərlərin artdığını bildirən Qriqoryan deyib ki, son zamanlar beynəlxalq səviyyədə baş nazir barədə şayiələr dalğası artıbdır.

Ermənistan təhlükəsizlik şurasının katibi ölkəyə hakim kəsilmiş böhran üçün yeganə həll yolunu ölkənin siyasi imkanlarına söykənmək adlandırıb.

Müxaliflər üçün aksiyakeçirmə haqqını qanuni adlandıran Qriqoryan, polisi etirazçıların hərəkətlərinin qanuni olmasına nəzarətçi kimi təqdim edib.

Bu təhlükəsizlik rəsmisi əlavə edib: Aydındır ki, müxaliflərin etirazları ictimai dəstəyə malikdir və hazırda təbii olaraq, biz daxili siyasi vaistələrlə etirazların həllinin şahidiyik.

 

Teqlər