May 20, 2022 14:33 Asia/Baku
  • Ermənistan demarkasiyaya hazır olduğunu bildirib

Ermənistan Azərbaycan Respublikası ilə müştərək sərhəddə demarkasiya əməliyyatına başlamağa hazır olduğunu vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan cümə axşamı bildirib ki, Ermənistan Yerevan ilə Bakı arasında əldə olunmuş sülh razılaşmalarına sadiqdir.

Hunanyan sözlərinin davamında bir daha Ermənistanın demarkasiya və sərhədlərin təhlükəsizliyi üzrə komissiyanın işə başlamasına hazır olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də ötən çərşənbə günü Bakı ilə İrəvan arasında münasibətlərin adiləşdirilməsinin vacibliyini vurğulamışdı.

Ermənistan və Azərbaycan Respublikasının hərbi qüvvələri 2020-ci ildə baş verən Qarabağ müharibəsindən sonra sərhədyanı rayonlarda dəfələrlə toqquşublar. Bu toqquşmaların təkrarlanması, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı əldə edilmiş razılaşmaların həyata keçirilməsini bir zərurətə çeviribdir.

 

Teqlər