May 25, 2022 11:49 Asia/Baku
  • “Dağlıq Qarabağ münaqişəsinin əsas məsələsi İnsan hüquqları və təhlükəsizlikdir”

Avropa İttifaqına görə dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbi insan haqları və təhlükəsizlik məsələsi olub. Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

Qarabağdakı ermənilərin təhlükəsizliyi və insan haqlarının pozulmasına görə Qarabağ münaqişəsinin yaranmış olduğunu inandırmağa çalışan  Toivo Klaar deyib: “Biz çox yaxşı bilirik ki, millətlərarası kontekstdə hüquqlar və təhlükəsizlik münaqişənin başlanmasında əsas məsələlərdən biri olub. Bu problemi həll etmədən hərtərəfli və davamlı həllə nail ola bilməyəcəyik”.

Aİ rəsmisi Avropa birliyinin Azərbaycan Respublikası ilə Ermənistan arasındakı münaqişədə həmişə Rusiya ilə eyni mövqedə olduğunu bir daha təsdiqləyib: “Heç kim Moskvanın vasitəçiliyi ilə İrəvan və Bakının əldə etdiyi üçtərəfli razılaşmaların aktuallığına şübhə etmir: Aİ həmişə Ermənistan və Azərbaycan arasında cari müzakirələr üçün əsas olan bütün keçmiş üçtərəfli sazişlərin həyata keçirilməsinin zəruriliyini vurğulayır”,- Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

Teqlər