May 31, 2022 12:00 Asia/Baku
  • “Azərbaycan Qarabağda atəşkəsi pozur!”

Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan deyib ki, 10 noyabr 2020-ci il bəyanatı qəbul edildikdən sonra orada nəzərdə tutulmuş bir çox məsələlər həllini tapmayıb və Azərbaycan qüvvələri Qarabağda atəşkəsi pozurlar.

SəhərAzəri-nin məlumatına əsasən, Mirzoyan Hindistan mediasına müsahibəsində qeyd edib ki, Bakı hələ də erməni əsirlərin hamısını azad etməyib və Azərbaycan silahlı qüvvələrinin nəzarəti altına keçmiş ərazilərdə erməni mədəni və dini abidələri məhv olmaq təhlükəsi qarşısındadır.

Erməni nazir həmçinin iddia edib ki, Azərbaycan Dağlıq Qarbağda atəşkəs rejimini pozur: “Biz dəfələrlə demişik ki, Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsi, o cümlədən Dağlıq Qarabağ xalqının hüquqlarının müdafiəsi və bu bölgənin yekun statusu da daxil hərtərəfli sülh danışıqlarına başlamağa hazırıq”.

Onun sözlərinə görə, əgər Azərbaycan bu prosesə maneə yaratmazsa, irəliyə doğru addımlar atıla bilər.

İttihamlara cavab olaraq publika.az saytı Ermənistan rəhbərliyinin çətin bir seçimlə üzləşdiyini və hazırda xarici tərəfdaşlarına arxalanaraq çıxış yolu axtardığını bildirib.

Sayt yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə “status” iddiasının “etnik ermənilərin hüquqları” ilə əvəzlənməsindən sonra “çıxış yolu” axtarır və bu məqsədə keçmiş Minsk qrupunun həmsədr ölkələrinin səfirləri ilə görüşdə onlardan nə umduğunu dilə gətirib.

“Amerikalı səfirlə görüşdə Vaşinqtonun Qarabağla bağlı dəqiq mövqeyinin ifadə edilməsini istədi; Rusiyalı səfirlə “Minsk qrupu formatının vacibliyindən” danışdı; Və fransalı səfirə “ölkəsinin Minsk qrupunda həlledici rol oynadığından” bəhs etdi”, - yazır publika.az portalı.

Teqlər