Ermənistan lideri də Putinə izahat verdi
Paşinyan Brüssel görüşü ilə bağlı şərhlərə görə narahatlığını bildirib
Ermənistanın baş naziri Brüsseldəki son görüşlə bağlı təəssüratlarını Rusiya prezidentinin diqqətinə çatdırıb və ona lazımi izahatları verib.
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub və Paşinyan Brüsseldə Azərbaycan prezidenti ilə apardığı danışıqların detallarını onun diqqətinə çatdırıb və müzakirələrin mahiyyəti ilə heç bir əlaqəsi olmayan şərhlərdən narahatlığını bildirib.
Liderlər söhbət zamanı Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri də müzakirə ediblər. ATƏT-in Minsk Qrupunun həmsədrləri formatının fəaliyyətinin intensivləşdirilməsininin mümkünlüyündən danışıblar.
Məlumatda həmçinin bildirilir ki, Rusiya prezidenti Ermənistan və Azərbaycan arasında Demarkasiya və Sərhəd Təhlükəsizliyi Komissiyasının ilk iclasını alqışlayıb və Rusiyanın sərhədlərin demarkasiyası prosesinə dəstək verməyə hazır olduğunu bir daha təsdiqləyib. Razılığa əsasən, komissiyanın növbəti iclasının Moskvada keçiriləcəyi vurğulanıb.