Xankəndinə sadəcə azərbaycanlılar buraxılmır
Ermənistan rəsmiləri Xankəndinə gedib-gəlir
Ermənistanın baş prokuroru Artur Davtyan Rusiyanın nəzarətində qalan Azərbaycan Respublikası ərazisinə gedib.
SəhərAzəri-nin məlumatına əsasən,erməni nəşrlərinin yaydığı məlumata görə, A.Davtyan Qondarma dağlıq qarabağ respublikasının başçısı Araik Arutunyanla görüşüb.
Qondarma rejimin qanunsuz "baş prokuror" Qurqen Nersisyanın da iştirak etdiyi görüşdə Ermənistanla separatçı qurumun müvafiq qurumları arasındakı əməkdaşlıqdan bəhs edilib.
Bu, Ermənistan baş prokurorunun 2020-ci ilin 10 noyabrından bəri Azərbaycan dövlətinin icazəsi olmadan Qarabağa artıq 3-cü gəlişidir.
44 günlük müharibədə Azərbaycan Respublikası ordusu işğal altında olan 7 rayonu azad etsə də Qarabağın əsas hissəsi separatçıların nəzarətindədir və sadəcə onları dəstəkləyən Ermənistan ordusunu Rusiya hərbçiləri əvəz ediblər.
Rusiyanın Azərbaycan torpaqlarında yerləşdirilən sülhməramlıları Qarabağda separatçı rejimi olduğu kimi saxlayıblar və onu rəsmi qurum kimi qəbul edirlər. Həmçinnin rəsmi Bakının onların ixtiyarına verdiyi Laçın dəhlizi vasitəsi ilə Ermənistan ilə Azərbaycanın bu əraziləri arasında hərhansı əlaqəni təmin edirlər.