Rusiya XİN saytı Lavrovun sözünü düzəldib
Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Xocalının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə düzəliş edib.
SəhərAzəri-nin məlumatına əsasən,bu gün axşam saatlarında Rusiya XİN-in saytında Lavrov-Mirzoyan mətbuat konfransının stenoqramı yayımlanıb. Stenoqramda Rusiya XİN başçısının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə dəyişiklik edilib.
Belə ki, Lavrovun canlı mətbuat konfransında səsləndirdiyi “Bizdə anlayış var ki, delimitasiya ilə bağlı başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq” fikirləri " Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək" kimi dəyişdirilib.