Gürcüstan Ukraynanın yolunu təkrarlayır?
Gürcüstan prezidenti Avropaya inteqrasiya mitinqinə çağırıb
Gürcüstan prezidenti Salome Zurabişvili vətəndaşları Tbilisidə, Avropa meydanında Avropaya inteqrasiya mitinqində iştirak etməyə çağırıb.
Salome Zurabişvili ölkənin Avropaya inteqrasiyası siyasəti kursunun dəstəklənməsi üçün vətəndaşları iyunun 16-da Tbilisidə, Avropa meydanında keçiriləcək mitinqə gəlməyə çağırıb.
“Gəlin bir-birimizin gözünün içinə baxaq və Avropaya inteqrasiya yolunda özümüzü, birliyimizi, iradəmizi göstərək”,- deyə Zurabişvili bildirib.
Kreml post sovet ölkələrinin Avropaya inteqrasiya adı altında Avropanın Rusiyaya qarşı siyasət və planlarının mərkəzlərinə çevrilməsinə dözümsüzlük göstərir.
Belə bir yol tutan Gürcüstanın keçmiş prezidenti Mixayil Saakaşvili dövründə Gürcüstan bəzi ərazilərini itirməli oldu. Saakaşvili Avropaya çox yalvarsa da Gürcüstan Rusiyanın hücumuna qarşı yalnız buraxıldı.
Bu gün Ukraynada gedən müharibə MDB ölkələrində qərbyönümlü başçıların nə qədər faciələrə yol açdıqlarına növbəti nümunədir.