Paşinyan yenə də Qarabağın statusundan danışdı
“Dağlıq Qarabağın statusunun özü məqsəd deyil”
Ermənistanın baş naziri bəyan edib ki, Dağlıq Qarabağın statusunun özü məqsəd deyil, Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək üçün bir vasitədir.
SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan iyunun 15-də parlament tribunasından çıxış edərək deyib: “Reallıq nə qədər çətin başa düşülsə də, ictimaiyyət üçün açıq olmalıdır. Əgər keçmişdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bölgənin statusuna əsaslanırdı və Qarabağ əhalisinin hüquq və təhlükəsizlik təminatları ondan irəli gəlirdisə, indi hüquq və təhlükəsizlik status məsələsinin mühüm hədəfləridir. Başqa sözlə, bildiririk ki, bu vəziyyətdə statusun özü məqsəd deyil, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini, hüquq və azadlıqlarını təmin etmək üçün bir vasitədir.”
Paşinyanın fikrinə, bu, beynəlxalq ictimaiyyət üçün başa düşüləndir. “Bizim məqsədlərimizi, Dağlıq Qarabağ probleminin mahiyyətini başa düşülən edir”, - deyə o bildirib.