Rusiya həmsədrlərdən gileyləndi
Zaxarova: Vaşinqton və Paris MQ-nin rusiyalı həmsədri ilə əlaqəni dayandırıb
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Vaşinqton və Paris ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri ilə əlaqəni dayandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova bu haqda deyib: “Moskva Vaşinqtonun Rusiya ilə ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatı çərçivəsində əməkdaşlığı davam etdirmək bəyanatının səmimiliyinə şübhə ilə yanaşır.”
Onun sözlərinə görə, əgər Vaşinqton və Paris həqiqətən də ATƏT-in Minsk Qrupu həmsədrlərinin unikal vasitəçilik formatını vacib hesab etsəydilər, onlar ATƏT-in bütün iştirakçı dövlətləri tərəfindən təsdiq edilmiş bu mandata hörmətlə yanaşardılar və Rusiya ilə təmasları nümayişkaranə şəkildə dayandırmazdılar. Onların mövqeyi həmsədrlərin işinə ziyan vurdu. İndi də belə bəyanatlar verirlər”.
Zaxarova bildirib ki, ABŞ və Fransa bu addımla bağlı hələlik konkret izahat verməyib.
O, Rusiyanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlı olduğunu bildirib.