İyun 28, 2022 09:34 Asia/Baku

Ermənistanın baş naziri bildirib ki, bu ölkədə fəaliyyət göstərən biolaboratoriyalar üçün heç bir təhlükə yoxdur.

SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan deyib: “Ermənistanda fəaliyyət göstərən biolaboratoriyaların 100%-i Ermənistan Respublikasına məxsusdur.”

Xatırladaq ki, Rusiya tərəfi dəfələrlə Ermənistanda biolaboratoriyaların olduğunu, onların çərçivəsində ABŞ və Ermənistan arasında əməkdaşlığın, o cümlədən hərbi idarələr istiqamətində olduğunu bildirib. Bundan əlavə, Rusiyanın Ermənistandakı Səfirliyi iddia edib ki, Ermənistanda Ukraynadakı bioloji layihələrdə iştirak etmiş strukturlar var.

Baş nazir bu ittihamlara cavab olaraq qeyd edib: "Düzdür, laboratoriyalar ABŞ-ın dəstəyi ilə yaradılıb, lakin onlar Ermənistan Respublikasına məxsusdur. Bu mövzu 2018-ci ildə qaldırıldı və Rusiya narahatlığını bildirdi, biz onları dəvət etdik və müzakarələr apardıq. Nəticədə narahatlıqlar ortadan qalxdı”.

Paşinyan əlavə edib ki, Ermənistanla Rusiya arasında biotəhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sənəd imzalanıb və bu sahədə iki ölkə arasında sıx əməkdaşlıq mövcuddur.

"Amma bu o demək deyil ki, biz elmin və infrastrukturun inkişafı sahəsində başqa ölkələrlə əməkdaşlıq etməyəcəyik. Bu başqa məsələdir ki, biz bu əməkdaşlığın Rusiya Federasiyası üçün təhlükə yaradıb-yaratmadığını görməliyik. Biz zəmanət veririk ki, müttəfiqlərimiz üçün təhdid yaratmamışıq və yaratmayacağıq”, - deyə Paşinyan sözlərini yekunlaşdırıb.

Teqlər