İyul 02, 2022 17:04 Asia/Baku
  • İrəvan Azərbaycana dəhliz vermək niyyətində olmadığını bir daha bəyan edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi bəyan edib ki, bu ölkə ərazisindən dəhliz məntiqi ilə keçən istənilən yol istisna olunur.

SəhərAzəri-nin məlumatına əsasən, hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə Armen Qriqoryan deyib: “Bizim siyasətimiz belə davam edir. Mövqelərimizin yaxınlaşdığını elan edəndə, bu, yalnız sərhəd nəzarətinin olacağı məntiqi ilə irəli getdiyimizi deməkdir. Qonşu ölkəyə hansısa dəhlizin verilməsindən söhbət getmir”.

Onun sözlərinə görə, kommunikasiyaların açılması məsələsi həm Moskvada, həm də Brüsseldə müzakirə olunub.

"Azərbaycan uzun zaman deyirdi ki, dəhlizdən danışılır. Mişelin sözçüsü açıq şəkildə bildirdi ki, heç bir dəhliz heç vaxt müzakirə olunmayıb. Bu, onu göstərir ki, danışıqlarda bizim yanaşmamız həmişə belə olub və indi də belədir", – deyə o əlavə edib.

Xatırladaq ki, Azərbaycan prezidenti iyunun 29-da Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində etdiyi çıxışında növbəti dəfər dəhliz ifadəsini işlədib və "Zəngəzur dəhlizi artıq reallığa çevrilir" deyə əvvəlki mövqeyini təkrarlayıb.

Teqlər