Qaraqalpaqıstan olayları ilə bağlı Bakıdan Daşkəndə dəstək
Azərbaycan Respublikası Özbəkistanda baş verən son iğtişaşlarla bağlı bu ölkənin hökumətinə öz himayəsini elan edib.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Narovla telefon danışığında bu ölkə hökumətinin Qaraqalpaqıstan bölgəsində vəziyyəti sabitləşdirmək istiqamətində atdığı qətiyyətli addımları himayə edib.
Bayramov həmçinin Özbəkistanın suverenliyi və ərazi bütövlüyünü pozmaq istiqamətində atılan hər hansı addıma qarşı olduğunu bildirib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Daşkəndə rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların icra edilməsi üzrə səylərin artırılması,/ Özbəkistanın paytaxtında, Özbəkistan-Azərbaycan Respublikası-Türkiyə çərçivəsində üçtərəfli görüşün keçirilməsinin planlaşdırılması, bu telefon danışığında nəzərdən keçirilən digər mövzulardan olub.
Qeyd edək ki, çərşənbə günü verdiyi bəyanatda Özbəkistanın Qaraqalpaqıstan bölgəsində baş verən son hadisələrdən narahatlığını ifadə edən Türkmənistan Xarici İşlər Nazirliyi də Özbəkistan hökumətinə öz himayəsini elan etmişdi.