İyul 14, 2022 15:56 Asia/Baku
  • Rusiya Ermənistan-Türkiyə münasibətlərini dəstəkləyir

Rusiya Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesini hər zaman dəstəkləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya XİN sözçüsü əlavə olaraq deyib: “Biz Ermənistan-Türkiyə dialoquna bundan sonra da hər cür kömək etməyə hazırıq. Bu, regionun maraqlarına, sabitliyinə və iqtisadi rifahına cavab verir”.

Zaxarova xatırladıb ki, Rusiya təkcə 2022-ci ildə deyil, hər zaman İrəvanla Ankara arasında münasibətlərin normallaşmasına töhfə verib.

 

 

Teqlər