Avq 11, 2022 12:47 Asia/Baku
  • Vardan Voskanyan:  Zəngəzur Dəhlizinin açılması Ermənistanı fəlakətə salar

Erməni politoloq bəyan edib ki, əgər Azərbaycanın İrandan keçməklə Naxçıvana gedən alternativ yolu varsa, “Zəngəzur dəhlizi” adlanan yerdən danışmaq mənasızdır.

SəhərAzəri-nin məlumatına əsasən, Vardan Voskanyan deyib: “SSRİ-nin dağılmasından dərhal sonra Azərbaycan və Naxçıvan artıq İran vasitəsilə birləşib.

Onun sözlərinə görə, Yerevanın suveren nəzarətindən kənarda Ermənistan ərazisindən keçən dəhliz ola bilməz.

 “Açıq şəkildə bəyan etmək lazımdır ki, Türkiyə və Azərbaycan Ermənistan ərazisindən heç bir dəhliz əldə etməyəcək, çünki bunun Ermənistan üçün fəlakətli nəticələri olacaq”, - deyə erməni politoloq vurğulayıb.

O, həmçinin qeyd edib ki, türklər tərəfindən əvvəllər Turan dəhlizinin açılması təklif olunub. Lakin Ermənistan, İran və Rusiyada bu terminə həssaslıq nəzərə alınaraq onun adı dəyişdirilib.

Teqlər