İrəvanda partlayış olub; 2 ölü, 60 yaralı-YENİLƏNİB
https://azeri.sahartv.ir/news/qafqaz-i392150-İrəvanda_partlayış_olub_2_ölü_60_yaralı_yenİlƏnİb
İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 60 nəfərə çatıb, 2 nəfər həyatını itirib.Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Avq 14, 2022 11:38 Asia/Baku
  •  İrəvanda partlayış olub; 2 ölü, 60 yaralı-YENİLƏNİB

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 60 nəfərə çatıb, 2 nəfər həyatını itirib.Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dağıntılar altından bir qadının meyiti çıxarılıb. Bundan əvvəl partlayış nəticəsində 40-45 yaşlı bir kişinin öldüyü açıqlanıb.

Eyni zamanda xəsarət alan 57 nəfərdən 36-nın durumunun orta-ağır olduğu bildirilib.

-----------------------------------------------------------------------------

İrəvanda partlayış olub

İrəvanda ticarət mərkəzində partlayış olub, 1 nəfər ölüb, 30 nəfər yaralanıb

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 30 nəfərə çatıb, 1 nəfər həyatını itirib. Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hazırda hadisə yerində yanğınsöndürmə-axtarış əməliyyatları aparılır. Partlayış zamanı çökən binalardan birinin dağıntıları altında insanların qaldığı istisna edilmir.