Avq 15, 2022 10:48 Asia/Baku
  • Yerevanda baş verən partlayışda yaralananların sayı artıb

Ermənistanın paytaxtındakı Surmalu bazarında baş verən partlayış nəticəsində yaralananların sayı əlli bir nəfərə çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, Bundan öncə bu partlayışda iki nəfərin öldüyü, altmış nəfərin isə yaralandığı bildirilirdi.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan «Sputnik» xəbər agentliyinə bildiribdir ki, bu anadək bu partlayışda əlli bir nəfər yaralanıb.

Partlayış Surmalu bazarında pirotexnik maddələrin satıldığı binada baş verib. Bu bazar Ermənistanın paytaxtı Yerevan şəhərinin cənubunda yerləşir.

Naməlum sayda insanın uçqunlar altında çarəsiz qaldığını nəzərə alsaq, bu hadisədəki tələfatın sayı artacaq.

 

Teqlər