Ermənistanda yanğın faciəsi
“Surmalu”da baş verən partlayışda ölənlərin sayı 16-ya çatıb
Ermənistan paytaxtı İrəvanın “Surmalu” alış-veriş mərkəzində baş verən partlayışda ölənlərin sayı 16-ya çatıb: axtarış-xilasetmə əməliyyatları davam edir.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
İdarənin məlumatında bildirilir ki, avqustun 16-sı saat 08:12-yə olan məlumata görə, yanğının söndürülməsi və axtarış-xilasetmə işləri davam etdirilir. Həlak olan 16 vətəndaşdan 10-nun şəxsiyyəti hələlik müəyyən edilməyib. Onların arasında bir hamilə qadın və azyaşlı uşaq da var.
Qeyd olunur ki, İrəvan şəhərinin tibb məntəqələrinə 60 vətəndaş müraciət edib, onlardan 12 nəfərin müalicəsi davam edir, qalan 48 nəfərə isə müvafiq tibbi yardım göstərilərək evə buraxılıb.
Hazırda 18 vətəndaş itkin düşmüş hesab olunur.