“Azərbaycandan Naxçıvana tranzit zamanı yerli və beynəlxalq yollar bağlanmayacaq”
https://azeri.sahartv.ir/news/qafqaz-i392439-azərbaycandan_naxçıvana_tranzit_zamanı_yerli_və_beynəlxalq_yollar_bağlanmayacaq
Ermənistanın Milli Təhlükəsizlik Xidməti bildirib ki, Azərbaycandan Naxçıvana tranzit zamanı yerli və beynəlxalq yollar bağlanmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2022 10:20 Asia/Baku
  • “Azərbaycandan Naxçıvana tranzit zamanı yerli və beynəlxalq yollar bağlanmayacaq”

Ermənistanın Milli Təhlükəsizlik Xidməti bildirib ki, Azərbaycandan Naxçıvana tranzit zamanı yerli və beynəlxalq yollar bağlanmayacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti bildirib ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan xəbərlərdə avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına mümkün tranzit səfəri zamanı və əks istiqamətdə Ermənistan Respublikasında yerli və beynəlxalq əhəmiyyətli yolların bağlanacağı, Ermənistan sakinlərinin sərbəst gediş-gəlişinə əngəl törədəcəyinə dair şayiələr həqiqəti əks etdirmir.

Qeyd olunur ki, Azərbaycan Respublikasından avtomobil nəqliyyatı ilə tranzit keçməyə 3 yeni buraxılış məntəqəsindən Naxçıvan Muxtar Respublikasına getmək imkanı yaranacaq.

 Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin bildirdiyinə görə, hazırda Ermənistan əhalisinin, eləcə də əcnəbilərin və onların nəqliyyat vasitələrinin hərəkəti üçün yerli və ya dövlətlərarası yolların bağlanmamasını və digər məhdudiyyətlərin nəzərdə tutulmaması üçün mümkün tranzit marşrutları və prosedurları hazırlanır.