Rusiya Ermənistan ordusunu modernləşdirəcək
https://azeri.sahartv.ir/news/qafqaz-i392549-rusiya_ermənistan_ordusunu_modernləşdirəcək
Ermənistan və Rusiyanın yüksək səviyyəli hərbçiləri Ermənistan Silahlı Qüvvələrinin modernləşdirilməsi və islahatlar prosesini müzakirə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2022 08:12 Asia/Baku
  • Rusiya Ermənistan ordusunu modernləşdirəcək

Ermənistan və Rusiyanın yüksək səviyyəli hərbçiləri Ermənistan Silahlı Qüvvələrinin modernləşdirilməsi və islahatlar prosesini müzakirə ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyaya işgüzar səfəri çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Edvard Asryan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Rusiya müdafiə nazirinin 1-ci müavini, ordu generalı Valeri Gerasimov ilə görüşüb.

Görüşdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi rusiyalı həmkarına Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr, eləcə də Qarabağda qeydə alınan gərginlik və mövcud vəziyyət barədə məlumat təqdim edib.

Bildirilir ki, görüş zamanı Ermənistan-Rusiya hərbi əməkdaşlığı ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Ermənistan Silahlı Qüvvələrinin modernləşdirilməsinə və islahatların gedişinə təkid edilib.