Sen 02, 2022 04:28 Asia/Baku
  • Müxalifət Paşinyanı təslimçilikdə ittiham edir

Liderlərin Brüssel danışıqlarında Qarabağ məsələsinin müzakirə predmeti olmaması erməni müxalifətini hiddətləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, jurnalistlərə müsahibəsində “Ermənistan” blokundan olan deputat Andranik Tevanyan deyib ki, Şarl Mişelin bəyanatında Qarabağla bağlı bir kəlmə də yoxdur.

 

O, qeyd edib ki, Avropa İttifaqı Şurası prezidentinin Brüsseldə keçirilən üçtərəfli toplantının ardından yaydığı yazılı açıqlamada hətta “Qarabağ” sözünün özü belə qeyd olunmur.

“Əgər əvvəllər biz Mişelin subyektivliyi nəzərdə tutan “Dağlıq Qarabağ” ifadəsini işlətmədiyi, əvəzində “Qarabağın erməni əhalisi” ifadəsini işlətdiyi, onların hüquq və təhlükəsizlik təminatlarından danışdığı barədə mübahisə edirdiksə, indi heç bu da yoxdur”, - deyə Tevanyan bildirib.

 Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan isə yerli news.am saytına müsahibəsində birbaşa Nikol Paşinyanı ittiham edib və deyib ki, bütün ən pis proqnozlar gerçəkləşməkdə davam edir və Nikol Paşinyan hökuməti bununla Qarabağdan qurtulmaq istəyir.

Armen Aşotyan görüşdən öncə Hikmət Hacıyevin Brüsseldən sülh müqaviləsinin hazırlanması üçün işçi qrupunun yaradılmasını gözlədiklərini söylədiyini xatırladıb.

"Görüşdən sonra Ermənistan hökuməti mətbuata açıqlama yayaraq bizi çaşdırmağa, guya Qarabağ problemindən danışdıqlarını söyləməyə başladılar. Əslində isə Bakının tələbləri yerinə yetirilir: xarici işlər nazirlərinə bir ay ərzində layihəni, yəni işçi qrupunu müzakirə etmək tapşırılıb", deyə o vurğulayıb.

Teqlər