Paşinyan: Heç kimə dəhliz verməyəcəyik
https://azeri.sahartv.ir/news/qafqaz-i393099-paşinyan_heç_kimə_dəhliz_verməyəcəyik
Ermənistanın baş naziri sərhəddə gedən qanlı toqquşmalar fonunda bu ölkə ərazisindən heç kəsə dəhliz verilməyəcəyi bəyan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2022 12:27 Asia/Baku
  • Paşinyan: Heç kimə dəhliz verməyəcəyik

Ermənistanın baş naziri sərhəddə gedən qanlı toqquşmalar fonunda bu ölkə ərazisindən heç kəsə dəhliz verilməyəcəyi bəyan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan sentyabrın 13-də Ermənistan parlamentində çıxış edərək deyib: "Azərbaycan 9 noyabr 2020-ci il tarixli bəyanatını dəyişdirərək, Ermənistan ərazisindən dəhlizdən danışır. Bizim mövqeyimiz isə ondan ibarətdir ki, biz heç kimə Ermənistan ərazisindən dəhliz vermək fikrində deyilik."

Baş nazir eyni zamanda xatırladıb ki, rəsmi İrəvan Ermənistan ərazisindən keçən yolların açılmasında və blokadadan çıxarılmasında maraqlır. Belə ki, bütün region ölkələri bu yollardan istifadə edə bilər, o cümlədən Ermənistan, Azərbaycan.

Onun sözlərinə görə, 9 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndi yolların blokadadan çıxarılması ilə bağlıdır.