Ermənistan müxalifəti yenə də ayağa qalxdı
Paşinyanın istefası tələb edilir
Ermənistan yenə də qarışıb. İrəvanda Paşinyanın istefasının tərəfdarları gecəni parlament binası qarşısında keçiriblər
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan müxalifətinin nümayəndələri və Qarabağda döyüş əməliyyatları zamanı həlak olan əsgərlərin valideynləri gecəni Ermənistan parlamentinin binası qarşısında keçirərək, ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb ediblər.
Ermənistanın Polşadakı keçmiş səfiri və aksiyanın təşəbbüskarlarından biri Edqar Qazaryan bu barədə TASS xəbər agentliyinə bildirib ki, deputatlardan Paşinyana qarşı impiçment prosesini başlatmaq istəniləcək.
Qeyd edək ki, bundan əvvəl aprelin 17-də İrəvanda hökumət əleyhinə etirazlar başlayıb. Buna səbəb Paşinyanın parlamentdəki çıxışı olub, o, “Qarabağın statusu ilə bağlı gözləntiləri aşağı salmaq” tələbini açıqlayıb və Azərbaycanla sülh sazişinin imzalanmasının zəruriliyini qeyd edib.