Sünik vilayətinin heç bir yaşayış məntəqəsi Azərbaycanın nəzarətinə keçməyib
https://azeri.sahartv.ir/news/qafqaz-i393142-sünik_vilayətinin_heç_bir_yaşayış_məntəqəsi_azərbaycanın_nəzarətinə_keçməyib
Sünik vilayətinin heç bir yaşayış məntəqəsi Azərbaycanın nəzarətinə keçməyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2022 03:46 Asia/Baku
  • Sünik vilayətinin heç bir yaşayış məntəqəsi Azərbaycanın nəzarətinə keçməyib

Sünik vilayətinin heç bir yaşayış məntəqəsi Azərbaycanın nəzarətinə keçməyib.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın Sünik vilayətinin qubernatorluğu vilayətin bəzi yaşayış məntəqələrinin Azərbaycanın nəzarətinə keçdiyi barədə xəbərləri təkzib edib.

“Bildirmək istərdik ki, Sünik vilayətindən heç bir yaşayış məntəqəsi Azərbaycanın nəzarətinə keçməyib və bununla bağlı internetdə yayılan xəbərlərin reallıqla heç bir əlaqəsi yoxdur”, - deyə Qubernatorluğun açıqlamasında bildirilir.

Qubernatorluq medianı yalan xəbər yaymaqdan çəkinməyə çağırıb.