Erməni mediyaların iddiasına görə
Azərbaycan Respublikası Naxçıvan istiqamətindən hücuma hazırlaşır
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün csəhər keçirilən hökumətin iclasında bildirib ki,sentyabrın 14-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələri yenidən Ermənistan ərazisinə hücum edib, bu, Ermənistan tərəfdən çoxsaylı itkilərə gətirib çıxarıb.
SəhərAzəri-nin Turan-a istinadən verdiyi məlumata görə, Paşinyan deyib: "Bu gün itkilərimizin sayı 135 nəfər təşkil edir, amma bu, son rəqəm deyil. Çox sayda yaralı var".
O, yeni qarşıdurmanın harada baş verdiyinə dəqiqlik gətirməyib. Ermənistan mənbələrinin məlumatına görə, döyüşlər "sərhədin cənub hissəsində" baş verib.
Amma Azərbaycanın Müdafiə Nazirliyi son iki gündə yeni döyüşlər haqqında məlumat yaymayıb.
Bu arada, Ermənistan mənbələri iddia edirlər ki, Azərbaycan SQ Naxçıvan istiqamətindən yeni hücum hazırlayır. Bununla əlaqədar Ermənistan tərəfi oraya əlavə qoşunlar göndərir.