Nensi Pelosi qəti sabah Ermənistana gələcək
https://azeri.sahartv.ir/news/qafqaz-i393214-nensi_pelosi_qəti_sabah_ermənistana_gələcək
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edəcəyi xəbərini təsdiqləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2022 12:22 Asia/Baku
  • Nensi Pelosi qəti sabah Ermənistana gələcək

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edəcəyi xəbərini təsdiqləyib.

bu barədə Pelosi Almaniyada G7 ölkələrinin parlament sədrlərinin iclası çərçivəsində mətbuat konfransında deyib.

O, bu səfərin artıq ictimailəşməsindən xəbərsiz olduğunu bildirib.

"Mən səfər planlarımın artıq ictimaiyyətə açıqlanmış olmasından xəbərsiz idim. Sabah Ermənistana səfər edəcəyəm", - o bildirib.

Pelosi ilə birlikdə Ermənistana Nümayəndələr Palatasının Demokrat Partiyasının Kaliforniya ştatından üzvü Ceksi Spir də səfər edəcək.