Sen 17, 2022 13:24 Asia/Baku
  • Simonyan: Yalnız bir dəhliz var, başqası ola bilməz!

Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistanın İctimai kanalına açıqlamasında Azərbaycana nəqliyyat dəhlizi verilməyəcəyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Simonyan bu haqda deyib: “Bu, suverenlik və təhlükəsizlik haqda söhbətlərdir və mən bütün partnyorları və medianı bu söz birləşməsindən yəni Zəngəzur dəhlizindən imtina etməyə çağırıram: “Yalnız bir dəhliz var, digəri yalnız Azərbaycan prezidentinin leksikonunda səslənir”.

Baş nazir Nikol Paşinyan da sentyabrın 13-də Ermənistan parlamentində çıxış edərək deyib: "Azərbaycan 9 noyabr 2020-ci il tarixli bəyanatını dəyişdirərək, Ermənistan ərazisindən dəhlizdən danışır. Bizim mövqeyimiz isə ondan ibarətdir ki, biz heç kimə Ermənistan ərazisindən dəhliz vermək fikrində deyilik."

Baş nazir eyni zamanda xatırladıb ki, rəsmi İrəvan Ermənistan ərazisindən keçən yolların açılmasında və blokadadan çıxarılmasında maraqlır. Belə ki, bütün region ölkələri bu yollardan istifadə edə bilər, o cümlədən Ermənistan, Azərbaycan.

Onun sözlərinə görə, 9 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndi yolların blokadadan çıxarılması ilə bağlıdır.

Teqlər