ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi
"Azərbaycanın Ermənistan ərazisinə endirdiyi ölümcül zərbələri qətiyyətlə pisləyirik"
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri "Azərbaycanın Ermənistan ərazisinə endirdiyi ölümcül zərbələri qətiyyətlə pisləyirik" deyib.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Konqresinin Nümayəndələr Palatasının İrəvanda səfərdə olan spikeri Nensi Pelosi bəyan edib ki, o, Konqres adından Azərbaycanın Ermənistan ərazisinə hücumunu pisləyir.
Sputnik Ermənistan-ın yazdığına görə, Pelosi bunu Ermənistan parlamentinin rəhbəri Alen Simonyanla birgə keçirdiyi brifinqdə deyib.
"Görüşlərimizin gündəliyi baxımından təhlükəsizlik məsələləri həmişə vacibdir. Ermənistanın ərazisinə və suverenliyinə hücum olub. Ermənistan bizim üçün önəmlidir. Konqres adından Azərbaycanın Ermənistan ərazisinə endirdiyi ölümcül zərbələri qətiyyətlə pisləyirik.", - o, deyib.
Pelosinin sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi uzun müddətdir və aydın şəkildə bəyan edib ki, münaqişənin hərbi yolla həlli ola bilməz: “Amerika tərəfi Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli sülh yolu ilə həllinə səy göstərərək hadisələrin gedişatını izləməkdə davam edir”,- Plosi bildirib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi həmçinin İrəvanda iddia olunan “erməni soyqırımı”-nın xatirəsinə ucalqılmış abidəni ziyarət edib