Sen 23, 2022 08:56 Asia/Baku
  • Paşinyan: Mənə tanıymağa hazır olduğunuz xəritəni göstər!

Ermənistanın baş naziri BMT Baş Assambleyasının 77-ci sessiyada çıxış edərək, Ermənistan və Azərbaycan arasındakı ərazi bütövlüyünün ikitərəfli tanınmasının vacib olduğunu bildirib.

 SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan deyib: "Sülh müqaviləsinin ən vacib subyektlərindən biri Ermənistan və Azərbaycan arasındakı ərazi bütövlüyünün ikitərəfli tanınmasıdır. Artıq bunu etməyə hazır olduğumuzu elan etdik, amma Azərbaycan bu günə qədər bunu etməmişdir. Əksinə, Azərbaycan Ermənistanın bütün cənub və şərqinin, hətta paytaxt İrəvanın da Azərbaycan torpaqları olduğunu açıq şəkildə bildirdi. Digər tərəfdən, Azərbaycan Ermənistanın ərazilərini işğal altında saxlayır. Bu baxımdan Azərbaycan prezidentinə rəsmi sual verirəm. Ermənistanın xəritəsini tanımağa hazır olduğunuzu göstərə bilərsinizmi? Niyə bunu soruşuram. Çünki Azərbaycan Ermənistanın yalnız yarısını Ermənistan Respublikası kimi nəzərdə tutur. Əgər Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyarsa, sülh müqaviləsini imzalaya bilərik.”

Paşinyan əlavə edib: “Ötən il Azərbaycan Ermənistanın 40 kvadrat kilometr ərazisini işğal etdi və buna beynəlxalq tərəfdaşların bəziləri susur. Reallıq budur ki, Azərbaycan Ermənistana qarşı ərazi iddiaları üçün delimitasiya prosesindən istifadə etməyə davam edir və davam edəcəkdir.”

Baş nazir kommunikasiyaların açılması məsələsinə də toxunub. “Ermənistan milli qanunvericiliyi çərçivəsində Azərbaycan üçün yollarını açmağa hazırdır və bir – neçə marşrut təyin olunub. Lakin Azərbaycan rəsmiləri bizə deyirlər ki, bu marşrutların olmasını istəmirlər. Azərbaycan Ermənistandan bir dəhlizi təmin etməsini istəyir və onlar 9 noyabr 2020-ci il tarixində imzalanmış bəyanatın 9-cu maddəsinə istinad edirlər, halbuki üçtərəfli bəyanat ictimai sənəddir və 9-cu maddədə dəhliz haqqında heç bir şey yoxdur”, - deyə Nikol Paşinyan vurğulayıb.