Paşinyandan Azərbaycana çağırı
"İşğal etdiyiniz ərazilərdən çıxın!"
Ermənistanın baş naziri ölkəsinin ərazilərinin Azərbaycan Respublikası tərəfindən işğal edilməsini tənqid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası ilə Ermənistan arasındakı son qanlı sərhəd gərginliklərində iki tərəfdən ümumilikdə üç yüzə yaxın hərbçi öldürülüb.
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Avropa Şurasının sədri Şarl Mişel ilə görüşdə Azərbaycan Respublikasının hərbi qüvvələrinin dərhal Ermənistan ərazisindən çıxmalarını tələb edib.
Ermənistanın baş naziri bu görüşdə həmçinin beynəlxalq qanunların Azərbaycan Respublikası tərəfindən pozulması hallarına, eləcə də infrastrukturların və mülki əhalinin hədəfə alınmasına toxunub.
Azərbaycan Respublikası ilə Ermənistan arasındakı sərhəddəki gərginliyin şiddətlənməsindən narahat olan Avropa Şurasının sədri də iki qonşu ölkə arasındakı problemlərin dialoq yolu ilə həllinin önəminə təkid edibdir.
Ermənistan və Azərbaycan Respublikasının sərhəd qüvvələri 2020-ci ildəki qırx dörd günlük savaşdan sonra dəfələrlə toqquşublar və onların hər biri qarşı tərəfi atəşkəs razılaşmasının maddələrini pozmaqda ittiham edibdir. İki ölkə müharibədən sonra sərhədlərin delimitasiyası üzrə komitələr yaratsa da bu məsələnin reallaşması yavaş irəliləyir.