Fransa müdafiə naziri Ermənistana təcili nümayəndə heyəti yollayır
Fransanın müdafiə naziri Sebastyen Lekornu Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb.Bu haqda erməni mediası məlumat yayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Lekornu bildirib ki, həmsöhbətlər Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə ediblər.
"Burada döyüşlər dayandırılmalı və Azərbaycan qüvvələri öz ilkin mövqelərinə qayıtmalıdırlar”-deyə nazir əlavə edib.
Fransanın müdafiə naziri “vəziyyəti qiymətləndirmək üçün Fransa nümayəndə heyətinin təcili olaraq Ermənistana göndəriləcəyini” açıqlayıb.
Xatırladaq ki, sentyabrın əvvəllərində Ermənistan müdafiə naziri S.Papikyan ABŞ-da uzunmüddətli işgüzar səfərdə olub, Pentaqonda və s. görüşlər keçirib.
Fransa prezidenti də dünən Ermənistan baş naziri ilə görüşündə Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxmasını tələb etmişdi.
Emmanuel Makron Parisdə Nikol Paşinyan ilə görüş zamanı ölkəsinin Ermənistan qarşısında öz üzərinə öhdəlik götürdüyünü bildirmişdi: "Ermənistan yenidən 13 və 14 sentyabrda baş vermiş silahlı toqquşmalarından əziyyət çəkir və vəziyyət həqiqətən kritikdir. Çünki Ermənistan və Azərbaycan sərhəddində çoxlu itkilərə səbəb olan genişmiqyaslı hərbi əməliyyatlar aparılıb. Ermənistan ərazisi hədəfə alınıb, mülki infrastruktur dağıdılıb. Bu qəbuledilməz vəziyyət qarşısında Fransa öz öhdəliklərini üzərinə götürdü”,- Emanuel Makron deyib.