Okt 03, 2022 11:23 Asia/Baku
  • Paşinyan deyib ki, Pelosinin Ermənistana səfəri Rusiya əleyhinə deyildi

Nensi Pelosinin Ermənistana son səfərinin ardınca Paşinyan şayiələrə son qoymaq istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan mediaya müsahibəsi zamanı bildirb: “ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri anti-Rusiya xarakterli olmayıb və səfər sadəcə olaraq Ermənistan-Amerika münasibətlərinin dərinləşməsinə yönəlmiş addım idi. Amerika rəsmiləri həmişə Ermənistana səfər edirlər”.

Onun sözlərinə görə, Ermənistan-Amerika münasibətlərinin intensivləşdirilməsi məsələləri müzakirə olunub. “Xatırladım ki, 2019-cu ildə Ermənistan-ABŞ Strateji Dialoqu başladı. Demək istəyirəm ki, bu, fərdi hadisə kimi qəbul edilməlidir. Amma digər tərəfdən də görünür ki, bu səfər çox mühüm və böyük hadisə idi. Niyə? Çünki Nensi Pelosi Ermənistana səfər etmiş ən yüksək rütbəli ABŞ rəsmisidir. Qeyd etmək istərdim ki, bu, regional səfər deyil, konkret olaraq Ermənistana səfər idi. Qeyd olunub ki, bu, Ermənistanın demokratiyasına verilən qiymətdir. Mən istəməzdim ki, heç kəs səfərə anti-Rusiya kontekstini versin, çünki bu, anti-Rusiya deyildi”, - deyə Paşinyan vurğulayıb.

Teqlər