Okt 03, 2022 15:26 Asia/Baku
  • Son toqquşmalarda 17 erməni hərbçi Azərbaycana əsir düşüb

Azərbaycan Ermənistana qarşı 13 sentyabr toqquşmaları zamanı əsir götürülmüş 17 erməni hərbi əsirinin saxlandığını təsdiqləyib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə jurnalistlərə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin müavini Diana Karazyan bildirib və əlavə edib ki, Avropa Məhkəməsi İnsan Haqları Təşkilatı Azərbaycanı əsirlərlə bağlı təfərrüatlı məlumat verməyə çağırsa da, o, həmişə olduğu kimi, ümumi məlumat verib.

Onun sözlərinə görə, təşkilat Azərbaycanı əsirlərlə bağlı təfərrüatlar, konkret olaraq onlarla rəftar və digər məsələlər barədə məlumat verməyə çağırıb.

Karazyan həmçinin bildirib ki, Azərbaycanda 2020-ci il müharibəsi nəticəsində əsir götürülən mülki əsirlər də daxil olmaqla 30-a yaxın əsir hələ də saxlanılır.

Teqlər