17 erməni əsirin Ermənistana təhvil verilməsi üçün
Blinken, Bayramov və Mirzoyan arasında üçtərəfli görüş keçirilib
ABŞ dövlət katibi Entoni Blinken çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefon vasitəsi ilə üçtərəfli formatda danışıqlar aparıb.
SəhərAzəri-nin məlumatına əsasən, Dövlət Departamentinin sözçüsü Ned Prays telefon danışığının məzmununu belə şərh edib: “ Blinken Ermənistan və Azərbaycanın davamlı sülh razılaşmasına nail olmaq üçün atdığı addımları təqdir etdiyini bildirib”.
Bu, Ermənistan və Azərbaycana problemlərin sülh yolu ilə həllinə kömək etmək öhdəliyimizi bir daha təsdiqləyir və diplomatiyanın irəliyə doğru yeganə yol olduğunu vurğulayır”, - Prays bildirib.
ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə danışıqlarından dərhal sonra Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın 17 erməni hərbçisini azad etdiyini bildirib.
Ermənistan Mediyası bu ölkənin Müdafiə Nazirliyinə istinadən bildirib ki, erməni əsirlərin azad edilməsi Amerika tərəfinin vasitəçiliyi ilə baş tutub.
Bununla yanaşı Azərbaycan tərəfi hələ bu məlumata münasibət bildirməyib.
ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə tviter səhifəsində Azərbaycanın 17 erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan da erməni əsirlərin İrəvana təhvil verilməsində göstərdiyi köməyə görə ABŞ-a təşəkkür edib. Paşinyan bu barədə Tvitterdə paylaşım edib.
Britaniyanın Bakıdakı səfiri isə bildirib ki, Britaniya hökuməti Azərbaycanda saxlanılan 17 erməni hərbçinin Ermənistana təhvil verilməsini alqışlayır.
Bundan əvvəl də Azərbaycan Avropanın tələbi ilə bir neçə dəfə saxlanılan erməni hərbçilərini qarşılıqsız olaraq geri qaytarıb. Sonuncu belə hal bu ilin sentyabrın 8-də baş verib və Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib.