Okt 07, 2022 17:58 Asia/Baku

Praqadan Yerevana qayıdan Paşinyan öz ölkəsinin vətəndaşlarının diqqətini bütün regional kommunikasiyaların açılması barədə məlum təklifə yönəldib.

SəhərAzəri-nin məlumatına əsasən, Paşinyan öz Twitter mikrobloqunda belə yazıb: "Azərbaycan yenə də müsbət cavab vermədi. Ermənistan suverenliyimizə və qanunvericiliyimizə tam hörmət şəraitində bütün regional kommunikasiyaların açılmasına hazırdır", -

Qeyd edək ki, Azərbaycan tərəfi sənədləri və yükləri yoxlamadan Zəngəzur dəmir yolunun və avtomobil nəqliyyat dəhlizinin açılmasında israrlıdır, rəsmi İrəvan isə ölkəyə gələn  əcnəbilər üçün ümumi əsaslarla Ermənistanın bütün yollarının Azərbaycan yükləri və sərnişinləri üçün açılması təklifini irəli sürüb. Bakı belə təklifi rədd edir.

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan öz Facebook hesabında Paşinyanın Əliyev, Fransa və Avropa İttifaqı liderlərilə Praqa görüşünü ölkənin xarici siyasətinin uğuru adlandırıb.

Onun sözlərinə görə, rəsmi qəbul olunmuş sənədlərə əsasən Azərbaycan sərhəd boyunca yerləşəcək Avropa İttifaqı mülki missiyası ilə əməkdaşlığa razılıq verib. "Azərbaycanın mümkün yeni təcavüzü yerindəcə izləniləcək. Bundan əlavə, Ermənistanın suveren ərazisinin artıq işğal olunmuş hissəsi də qeydə alınacaq", - səfir vurğulayıb.

Marukyanın fikrincə, görüşün daha bir mühüm nəticəsi odur ki, Birləşmiş Millətlər Təşkilatı  Nizamnaməsinə və Alma-Ata bəyannaməsinə uyğun olaraq Ermənistanın sərhədlərini tanımağa razılaşan Azərbaycan Silahlı Qüvvələri indi işğal edilmiş ərazilərdən çıxmalıdır”, - səfir bildirib.

Qeyd edək ki, dünən İlham Əliyev və Nikol Paşinyan Praqadakı görüşdə Birləşmiş Millətlər Təşkilatı  Nizamnaməsinə və Alma-Ata bəyannaməsinə sadiq olduqlarını və bunun vasitəsilə  hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığını təsdiqləyiblər. Onlar təsdiqləyiblər ki, bu, delimitasiya komissiyalarının işi üçün əsas olacaq və bu komissiyaların növbəti iclası oktyabrın sonunadək Brüsseldə keçiriləcək.

Teqlər